Noyabrın 19-20-də Rumıniyanın paytaxtı Buxarest şəhərində Rumıniya Enerji Mərkəzi, Böyük Britanyanın Ticarət və İnvestisiya Fondu, Dünya Enerji Şurasının təşkilatçılığı və Chevron, Schlumberger, Weatherford şirkətlərinin maliyyə dəstəyi ilə “Rumıniya Neft və Qaz 2013” konfransı keçirilmişdir.
ARDNŞ-nin “Azneft” İB-nin Qaz Anbarlarının İstismarı İdarəsində (QAİİ) Rusiyanın “Kompleks geokimyəvi tədqiqatlar” ASC-nin mütəxəssisləri tərəfindən “Qaradağ qaz anbarı ərazisində karbohidrogenlərin yerüstü geokimyəvi planalması” mövzusunda aparılmış tədqiqat işlərinin nəticələri dinlənilmişdir.