All for Joomla All for Webmasters
azruen

  Arqon

Arqon (Ar) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 18-ci element.Elektrikli işıqlandırma lampalarında və fluoressensiya balonlarda istifadə edilir. Elektrik arxlarıyla edilən kəsici və qaynaq əməliyyatlarında, həmçinin, silikon və germanium kristallarının istehsalında qoruyucu soyqaz olaraq istifadə edilir. Titan və bənzəri reaktiv elementlərin əldə edilməsində rol oynayır. Radiasiya səviyyələrini ölçən Geiger sayğaclarında da istifadə edilir.

Azot

D.İ. Mendeleyevin kimyəvi elementlərin dövri sistemində 7-ci element. Standart temperatur və təzyiq altında son dərəcə qərarlı olan və atmosferin % 78-ni təşkil edən azot qazı, qidaların və kimyəvi maddələrin saxlanmasında istifadə edilir. Çox soyuq olan (-196 ° C) maye azot, çox aşağı temperaturda reallaşdırılması lazım olan dondurma əməliyyatlarında istifadə edilir.

Oksigen

Oksigen (O) — Dmitri Mendeleyevin elementlərin dövri sistemində 8-ci element. Oksigen – təbiətdə ən çox yayılmış elementdir. Son dərəcə müstəsna əhəmiyyətinə baxmayaraq, oksigen 1774-cü ildə ingilis alimi Cozef Pristli tərəfindən kəşf edilib.

Karbon Dioksid

Karbon dioksid (kimyəvi formulu C02) 2 oksigen atomunun tək karbon atomu ilə kovalent olaraq ikiqat reaksiyasından təşkil olunmuş təbii şəkildə mövcud olan mürəkkəb kimyəvi maddədir. Bu qaz standart temperatur və təzyiqə malikdir və Yer kürəsinin atmosferində bu vəziyyətdə 2014-cü ildən etibarən həcminə görə 0.04 faiz (400 ppm) konsentrasiyada mövcuddur. O, portativ təzyiq vasitələrində pnevmatik sistemlərlə bağlı ən çox istifadə olunan sıxılmış qazlardan biridir.

Helium

Helium (He) – D.İ.Mendeleyevin elementlərin dövri sistemində 2-ci elementdir. Rəngsiz, iysiz, dadsız, zəhərsiz, inert monoatomik qazdır, cədvəldə təsirsiz qazlar yarımqrupunda ilk elementdir. Helium bütün elementlər arasında ən aşağı qaynama və ərimə temperaturuna malikdir. Onu, yalnız 25·105 Pa təzyiq altında bərk hala keçirmək olur.

Propan

Propan, C3H8 — Alkanlar sinfindən üzvi maddə. Təbii qazın tərkibində mövcuddur və neft məhsullarının parçalanması zamanı əmələ gəlir. Zəhərlidir.Propan rəngsiz, iysiz qazdır. Suda çox az miqdarda həll olur. Qaynama temperaturu -42,1 °S. Buxar konsetntratları 2,1%-dən 9,5%-ə qədər olan hava ilə qatışığı partlayış təhlükəsi yaradır.0,1 MPa təzyiqdə (760 mm c.süt.) öz-özünə yanma temperaturu 466°S-dir.Alkan sırasının digər nümayəndələri ilə eyni kimyəvi xassələrə malikdir (dehidridləşmə və s.).

Hidrogen

Hidrogen (H) – (Yunanca: ὑδρογόνο ( İdrogono = su hazirlayan, su edən ); D.İ. Mendeleyevin dövri cədvəl sistemində 1-ci elementdir. Nisbi şəraitdə rəngsiz, qoxusuz, qeyri-metal, dadsız, asan yanan, havadan 14.5 dəfə yüngül, suda pis həll olan və H2 molekullarından ibarət qazdır. 1.00794 q/mol-a bərabər olan atom kütləsi ilə bütün elementlər arasında ən yüngül elementdir.
Hidrogen kimyəvi elementlərin dövri sisteminin həm IA, həm də VIIA əsas yarımqrupunda yerləşir. Silisium və Bordan başqa digər qeyri metallarla +1 oksidləşmə dərəcəsi göstərdiyi üçün IA, Metallar, silisium və borla birləşmələrdə isə -1 oksidləşmə dərəcəsi göstərdiyi üçün VIIA yarımqrupunda yerləşir. Hidrogenin metallarla birləşmələri bərk, qeyri metallarla birşəçmələri isə qaz halındadır.

 Asetilen

Asetilen (sistematik adı: etin) C2H2 formulalı kimyəvi birləşmədir. O karbohidrogen və ən sadə alkindir. Bu rəngsiz qazdan çox yanacaq və kimyəvi struktur bloku kimi geniş şəkildə istifadə olunur. O saf formada qeyri-sabitdir və buna görə də, əsasən məhlul kimi istifadə olunur. Saf asetilen qoxusuz olur, lakin satışda olan asetilenin tərkibinə aşqarlar əlavə edildiyi üçün o kəskin qoxuya malik olur.
Təxminən, sənaye qazları sənayesi tərəfindən alovun yüksək temperaturu səbəbilə oksiasetilen qazı ilə qaynaq işləri aparılması və kəsilmə üçün 20 faiz asetilen təmin olunur; asetilenin oksigen ilə alışması 11.8 kj/q çıxarmaqla 3600 K (3300 °C, 6000 °F)-dan çox alov yaradır. Oksiasetilen ən isti yanan yanacaq qazıdır. Asetilen asetilendinitril 5260 K (4990 °C, 9010 °F) və sian 4798 K (4525 °C, 8180 °F)-dan sonra üçüncü ən isti təbii kimyəvi alovdur.

  Kalibrasiya qazları

 

Yüksək standartlara uyğun silindirlərdə keyfiyyətli kalibrasiya qazları sizin laboratoriyada olan avadanlıqların düzgün işini təmin edəcək mühüm amillərdən biridir.

  Sıxılmış hava

 

Sıxılmış hava – atmosfer təzyiqindən üstün təzyiqli havaya deyilir. Öz əhəmiyyətinə görə iqtisadiyyatda elektroenerji, təbii qaz və su ilə eyni rolu oynayır.

Qarışıq qazlar

 

Hər cür qarışıq qazların istehsalı və idxalını edirik. Sizin laboratoriya və sənaye obyektinə lazım olan hər cür qaz miksini hazırlayıb tez bir zamanda çatdırırıq.

Dəmiryolu sisterni

 

Şirkətə aid olan dəmir yolu sisternlərinin icarəyə verilməsi mümkündür.