TƏKLİF OLUNAN XİDMƏTLƏR

Daşınma

Bizə məxsus olan sertifikatlaşdırılımış xüsusi təyinatlı nəqliyyat vasitələri ilə kriogen çənlərdə və xüsusi tutumlar vasitəsi ilə texniki və laborator qazların müştərilərə çatdırılması həyata keçirilir. Nəqliyyat parkımızda səkkiz ədəd müxtəlif yükgötürmə qabiliyyətli nəqliyyat vasitəsi mövcuddur.

Sertifikasiya

İxtisaslaşdırılmış, peşəkar operatorlar tərəfindən və xüsusi avadanlıq vasitəsi ilə müştərilərin sifarişi əsasında onlara məxsus tutumların və balonların hidrotestini həyata keçirərək, yararlılığı müəyyən edildikdən sonra sertfikatlaşdırılmasını təmin edirik.

Təmir

İxtisaslaşdırılmış texniki personal tərəfindən və xüsusi avadanlıq vasitəsi ilə müştərilərin sifarişi əsasında onlara məxsus tutumların, balonların və kriogen çənlərin sazlanması, təmiri və lazımı hissələrinin yenisi ilə əvəzolunmasını həyata keçirərək uyğunluq sertifikatı ilə təmin edirik. Həmçinin, laborator və sənaye qaz xətlərinin montaj işlərini görülür.

Müayinə

İxtisaslaşdırılmış, peşəkar operatorlar tərəfindən və xüsusi avadanlıq vasitəsi ilə müştərilərin sifarişi əsasında onlara məxsus tutumların, balonların müayinəsi, təziqədözümlülüyü və yararlığını müayinə edərək hesabat veririk.